BarKamp

BarKamp (ing. BarCamp) — iştirakçıları tərəfindən hazırlanan qeyri-konfransdır. Qeyri-konfrans adlandırılmasının səbəbi onun qeyri-formal metodlar əsasında qurulması və rəsmi konfranslardan köklü surətdə fərqlənməsidir. BarKamp hamıya açıqdır, təqdimatlar, təlimlər, müzakirələr formasında baş verir, bütün materiallar iştirakçılar tərəfindən təqdim olunur. BarKampın əsas mövzuları adətən bunlar olur: yeni media, sosial şəbəkələr, bloqlar, veb 2.0, start-aplar, opensource və s.[1]

  1. "Barcamp.az - BarCamp ideyası". 2011-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-22.

Developed by StudentB